HƏMAS: Sionist rejimi zəif və süstdür

QafqazTimes xəbər verir ki, bazar ertəsi gecə baş nazir Naftali Bennett və İsrailin xarici işlər naziri Yair Lapid Knessetin (İsrail parlamenti) buraxılması və erkən seçkilərin keçirilməsi ilə bağlı razılığa gəliblər.

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) sözçüsü Fövzi Bərhum ötən gün bu məsələyə reaksiya verib.

Palestine Today-in məlumatına görə, Bərhum deyib: “Naftali Bennetin koalisiya kabinetinin dağılması sionist rejimin və onun daxili strukturunun zəifliyinə dəlildir.”

Bununla əlaqədar olaraq, sionist rejimin mediası da Təl-Əviv Nazirlər Kabinetinin Knessetin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərarına reaksiya verib.

Əl-Məyadin saytının məlumatına görə, İsrailin “Kanal 12″ telekanalının analitiki Amnon Abramoviç deyib: “Mövcud seçki metodu ilə biz praktiki olaraq İsrailin aradan aparılmasına doğru addım-addım irəliləyirik.”

Abramoviç əlavə edib: “Seçki metodunun dəyişdirilməsindən danışarkən texniki və ya taktiki dəyişikliyi nəzərdə tutmuruq. Seçkilərin dörd turunu keçirdik və indi artıq beşinci tura gedirik.”

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib