Həmas: Sionist rejim Yəmən və digər məntəqələrə hücumla at oynatmaq istəyir

Həmas: Sionist rejim Yəmən və digər məntəqələrə hücumla at oynatmaq istəyir

Həmas bəyanat yayaraq sionist rejimin Yəmən, Suriya və Livana tıcavüzkarlıqları ilə “at oynatmaq” həvəsi kimi dəyərləndirib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Həmas bu gün (29 sentyabr) yayımladığı bəyanatda deyib:  Sionist rejimin qardaş Yəmənə qarşı terror hücumları, Əl Hədidə limanında sosial əmlakı hədəfə almasıregiondakı böhranlı vəziyyəti daha da gərginləşdirir.

Bəyanatda həmçinin deyilir: Biz dost və qardaş Yəmən xalqı ilə həmrəyiliyimizi elan edir, Ənsarullah Hərəkatına ABŞ-sionist koalisiyasının hücumlarına rəğmən Fələstin müdafiəsinə israrlı olduqları üçün dərin minnətdarlığımızı bildiririk.

Bəyanatda eləcə də deyilir: Düşmən heç vaxt Fələstin və regionun digər möhkəm iradəli xalqına ruhi sarsıntı verə bilməz və heç vaxt Livan, Yəmən, İraq və Fələstin xalqının iradəsini zəiflədə bilməz.

Related posts

İran: Təcavüzkarın əl-ayağını qırarıq

Şəhid Nəsrullahın ehtimal olan canişini Seyid Haşim kimdir?

Şəhid Seyid Həsən Nəsrullahın cənazəsinin dəfn üçün hazırlanması – Video