HƏMAS sionist rejim başçısının Türkiyəyə səfərindən təəssüfləndiyini bildirib

QafqazTimes xəbər verir ki, Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) İsrail prezidenti İshaq Hersoqun Türkiyəyə səfəri ilə bağlı bəyanat yayıb.

HƏMAS-ın rəsmi internet saytında yerləşdirilmiş açıqlamaya görə, bəyanatda deyilir: “Biz sionist rejimin rəsmiləri və rəhbərlərinin bir sıra ərəb və islam ölkələrinə səfərini böyük narahatlıqla izlədik və sonuncusu bu rejimin başçısı İshaq Hersoqun regionun bir sıra ölkələrinə səfəri oldu.”

HƏMAS daha sonra sionist hakimiyyət rəsmilərinin Fələstin xalqının haqq işini dəstəkləyən ölkələrə səfərindən narahatlığını bildirərək, sionist rejimin bölgəyə nüfuz etməsinə və millətlərin maraqları ilə oynamasına icazə verilməməsinə çağırıb.

Hərəkat həmçinin bu bəyanatda sionist düşmənlə hər hansı əlaqəni rədd etmək kimi prinsipial mövqeyini təkrarlayaraq, rejimin Fələstin xalqına qarşı zülmlərini sadalayıb.

Bəyanatın sonunda HƏMAS Fələstin xalqı ilə daha çox birlik və həmrəylik nümayiş etdirməyə, müsəlmanların və İslam ümmətinin birinci qibləsinin müdafiəsinin möhkəmləndirilməsinə çağırıb.

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur