Həmas: Sionist rejim 2 milyon insan üçün aclıq silahından istifadə edir

Həmas: Sionist rejim 2 milyon insan üçün aclıq silahından istifadə edir

İsrail rejiminin Qəzza zolağına humanitar yardımların daxil olmasına manelərini qeyd edən Həmas rejimin 2 milyondan çox insana qarşı aclıq silahından istifadə etdiyini vurğulayıb.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Həmasın bu gün (14 may) yayımladığı bəyanatda deyilir: İşğalçı rejim 70 gündən çoxdur ki, Qəzza zolağının qida, dərman, su və yanacaq daxil olmaqla bütün əsas ehtiyaclar üçün bağlandığını elan edib. Cinayətkar düşmən 2,5 milyondan çox insana qarşı aclıq silahından istifadə edir və açıq şəkildə beynəlxalq ictimaiyyətin iradəsinə meydan oxuyur.
Xatırladaq ki, bu gün 5 Avropa ölkəsi birgə bəyanatda sionist rejimin humanitar yardımdan Qəzza zolağı xalqına qarşı siyasi alət və hərbi taktika kimi istifadə etməsini və bu zolağa qarşı müharibənin genişləndirilməsini qəbuledilməz adlandırıb və Qəzzanın blokadasının ləğvini istəyiblər.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur