Həmas: Sabahkı müzakirədə iştirak etməyəcəyik!

Həmas: Sabahkı müzakirədə iştirak etməyəcəyik!

Həmasın Livan şöbəsindəki nümayəndəsi bu hərəkatın sabar Dohada keçiriləcək müzakirələrdə iştirak etməyəcəyindən xəbər verib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Əhməd Əbdül Hadi bu gün RiaNovosti ilə müsahibəsində deyib: Sabah Dohada keçiriləcək atəşkəs müzakirəsində heç bir vəchlə iştirak edilməyəcək.

Həmas bundan əvvəl də yeni bir şərt ya təklif irəli sürüldüyü, İsrail cinayətlərinin yeni bəhanələrlə davam etdirildiyi vaxta qədər atəşkəs müzakirəsində iştirak edilməyəcəyini vurğulamışdı.

Xatırladaq ki, Amerika, Qətər və Misir sabah (15avqust) paytaxt Dohada Qəzzədə atəşkəs və girov mübadiləsi barədə müzakirələrin davam etdirilməsi üçün təklif irəli sürmüşdü. Amma İsrailin baş naziri Benyamin Netanyahu müzakirə mətninə daha 3 şərt əlavə etdirilməsi ilə Həmasın narazılığına səbəb olmuş, yeni müzakirənin başlamasına ehtiyac olmadığını elan etmişdi.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib