Həmas şərtlərini açıqladı: Razılaşmanın müddəaları ciddi şəkildə yerinə yetirilməlidir

Həmas şərtlərini açıqladı: Razılaşmanın müddəaları ciddi şəkildə yerinə yetirilməlidir

Həmas danışıqların davam etdirilməsi üçün üç əsas şərt irəli sürüb.

 Qafqaztimesin xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Həmas sözçüsü Hazim Qasim bu gün (8 mart) elan edib: Əsir mübadiləsinin həyata keçirilməsi, işğalçı qüvvələrin Qəzzadan tam çıxarılması və sionist rejimin müharibəni davam etdirməmək öhdəliyinə sadiq qalması təqdirində biz də danışıqları davam etdirəcəyik.

Hazim Qasim deyib: Müzakirələrin davamı sionist rejimin vasitəçilər ilə qarşılıqlı əlaqədə ciddilik səviyyəsindən asılıdır. Həmas atəşkəsin 1-ci mərhələsinin uzadılmasını qəbul etmir. Anlaşmanın 2-ci mərhələsində yeni meyarlar əsasında əsir mübadiləsini həyata keçirməyə hazırıq. Bu mərhələdə israilli əsirlərin tərkibi fərqlidir və bu məsələ razılaşma çərçivəsində qəbul edilib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur