Həmas Səmasərənin qəhrəmancasına şəhid olduğunu elan etdi

Əl-Aləm telekanalı bu gün ( 12 yanvar) İslami Müqavimət Təşkilatı Həmas “Həfat Yəhuda” qəsəbəsində soyuq silahlı vuruşmada 18 yaşlı Məhəmməd Osman Səmasərənin qəhrəmancasına şəhid olması xəbərini elan edib.

Fələstin informasiya qaynaqları Həmas bir bəyanatda deyib: Şəhid Səmasərə İordan çayının qərb sahili cənubunda yerləşən Əl-Xəlil qəsəbəsində aparılmış əməliyyatda şəhid oldu. Amma bu uğurlu əməliyyatda sionistlərə həddən artıq zərbələr endirdik.

İbri dilli mediaların məlumatına görə bu fələstinli şəhid baş-qarın nahiyəsindən çoxlu zərbələr alıb və qəsəbə sakinlərindən biri onu döyən şəxsə odlu silahdan atəş açıb.

Qeyd edək ki, əl-Xəlil şəhərinin yerləşdiyi İordan çayının Qərb sahili 1967-ci ildə İsrail tərəfindən işğal edilib. İşğal edilmiş bölgələrdə İsrail tərəfindən yeni yaşayış massivlərinin salınması fələstinlilərin intensiv etirazları ilə qarşılanır.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur