Fələstin İslami Müqavimət Hərəkatı bəyanat yayaraq işğalçı rejimin Ramazan ayı ərzində Məscidül-Əqsaya girişi məhdudlaşdırmaq planlarını pislədiyini, bu müqəddəs məkanda ictimaiyyətin iştirakının çoxalmaması məqsədilə düşmənin bu müqəddəs məkanı işğal etmək və öz hökmranlıqlarını tətbiq etmək cəhdlərinə qarşı durmağa çağırdığını elan edib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Həmasın bəyanatında həmçinin deyilir: Biz Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) olaraq işğalçı polisin son bəyanatlarını və onların Ramazan ayı ərzində Məscidül-Əqsaya girişi məhdudlaşdırmaq planlarını şiddətlə qınayırıq. Çünki bu plan on minlərlə fələstinli ibadətçinin bu müqəddəs yerlərdə cümə namazı qılmasına mane olacaq. Bu göstərişlər Fələstin xalqına, onların torpağına və müqəddəsliklərinə qarşı yeni eskalasiya hesab olunur və səmavi qanunların açıq-aşkar pozulması, müsəlmanların əhval-ruhiyyəsini qızışdıran təxribat xarakterli hərəkət olmaqla yanaşı, Əl-Əqsa məscidində ibadət azadlığının pozulması kimi təhlükəli tarixə malikdir.
Bəyanatda əlavə edilir: Biz vurğulayırıq ki, işğalçıların cinayətləri və müsəlmanların ilk qibləsi və üçüncü müqəddəs hərəmi olaraq Məscidül-Əqsaya qarşı təcavüzkar planları heç vaxt bu məkanın müqəddəsliyini pozmağa, onun sahib olduğu ilahi mahiyyətini dəyişdirməyə və tarixini gizlətməyə nail olmayacaq. Məscidül-Əqsa tam islami bir məkandır və belə də qalacaq, İşğalçılara orada yer yoxdur və Fələstin xalqı işğalçıların ləkələrindən tamamilə təmizlənənə qədər onu öz qanı və canı ilə dəstəkləyəcək.