Həmas rəsmisi: İşğalçılar girov mübadiləsində cığallıq etməyə çalışırlar

Fələstin İslami Müqavimət Hərəkatı Həmas siyasi bürosunun üzvü işğalçı sionistlərin girov mübadiləsi prosesinə müdaxilələr etməyə çalışdıqlarından xəbər verib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, İzzət Əl Rəşq bu gün (25 noyabr) bu məsələni vurğulayaraq Qəzzədə müvəqqəti atəşkəsin daimi olacağına ümid etdiyini deyib.

Əl Rəşq bu gün azad olunacaq sionist əsirlərlə vasitəçilərin siyahısını aldıqlarını İsrail həbsxanalarına olan fələstinlilərin də siyahısının verildiyini xatırladıb.

Həmas rəsmisi həmçinin dünyada sahib olduğu nüfuzlarına rəğmən İsrail rejiminin Qəzzədə məğlub olduğunu qeyd edərək deyib: Sionist rejimin müharibədən sonra Qəzzə zolağının taleyi barədə qərar qəbul etmək lüksü yoxdur.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur