Həmas: Qallantın çıxışları Netanyahu yalanlarının üstünü açır

Həmas: Qallantın çıxışları Netanyahu yalanlarının üstünü açır

Həmas siyasi bürosunun bir üzvü müharibə nazirinin razılaşmanın təxirə düşməsinin səbəbi barədə sözlərinin baş nazirin yalanlarının üstünü açdığını deyib.

İRNA-nın məlumatına əsasən, İzzət Ər Rişq bu gün (12 avqust) deyib: Qallantın etirafları Netanyahunun bütün dünya ilə birlikdə girov ailələrinə dediyi sözlərin yalan olduğunu göstərir. Çünki girovların sağ qalmasının onun üçün heç bir əhəmiyyəti yoxdur.

İzzət Ər Rişq həmçinin deyib: Qallantın sözlərinə görə Netanyahunun əsas məqsədi müharibəni genişləndirməkdir və heç bir vəchlə razılaşmanı imzalamaq istəmir.

Həmas rəsmisi vurğulayıb: Həmas tərəfdən bütün kompromislər olmasına rəğmən, Netanyahu inadkarlığına davam edir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur