Həmas: Qəzzədə atəşkəs zəruridir

Fələstin İslami Müqavimət Hərəkatı Həmas Qahirədə vasitəçilərə təkliflərini təqdim etdikdən sonra Qəzzədə atəşkəsin zəruri olduğunu vurğulayıb.

Əl Aləm telekanalının Reutersə istinadən verdiyi məlumata əsasən, Həmas rəsmisi Basim Nəim deyib: Biz təkliflərimizi vasitəçilərə verdik və İsrail rejiminin cavabını gözləyirik.

Həmasın digər rəsmisi Mahmud Mərdavi sionist rejim ordusunun Qəzzənin şimalından geri çəkilməyəcəyi, atəşkəs olmayacağı və fələstinli didərginlərin öz yurdlarına qayıtmayacağı təqdirdə girov mübadiləsindən söhbət gedə bilməz.

Mahmud Mərdavi əlavə edib: Düşmən üçün önəmli olan İordan çayı qərb sahilini ayırmaqdır. Amma əmin olun ki, Qərb sahlinin Əl Əqsa Tufanı mücadiləsində rolu çoxdur və Ramazan ayında Fələstin xalqının işğalçılara qarşı müqaviməti daha da şiddətlənəcək.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur