Həmas Qərb sahilini qiyama dəvət etdi

Həmas Qərb sahilini qiyama dəvət etdi

Həmas və Fələstin İslami Cihad Hərəkatı ayrı-ayrı bəyanatla sionist qəsəbə sakinlərinin bir kəndə hücumu, mallarının qarət edilməsi və yandırılmasına reaksiya olaraq İordan çayı qərb sahili xalqını qiyama dəvət edib.

Təsnim İnformaisya Agentliyinin məlumatına əsasən, dünən axşam (15 avqust) sionist qəsəbə sakinlərinin İordan çayı qərb sahilinin Qilqiliyyə vilayəti, Ceyt kəndinə hücumu, fələstinlilərin evlərinin qarət edilməsi və yandırılmasının ardınca Həmas və Fələstin İslami Cihad Hərəkatı reaksiya verib.

Məlumata görə, Həmas Qərb sahili əhalisindən qəzəblərini göstərmək üçün sionist rejim əleyhinə qiyam etmələrini istəyərək İsrailin işğalçı hərbçilərini terrorçu adlandırıb.

Fələstin İslami Cihad Hərəkatı da bəyanatda elan edib: Sionistlərin Ceytə bu hücumu İordan çayı qərb sahilindəki Fələstin xalqı əleyhinə bir növ müharibə elan etmək deməkdir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur