Həmas: Qəlqəliyyə əməliyyatı Qəzzə soyqırımına adi bir cavab idi

Həmas: Qəlqəliyyə əməliyyatı Qəzzə soyqırımına adi bir cavab idi

Həmas Hərəkatı İordan çayı qərb sahilində apardığı Qəlqəliyyə əməliyyatını Qəzzə soyqırımının qarşılığında sadə bir əməliyyat olduğunu elan edib.

Əl Aləm telekanalının məlumatına əsasən, Həmas bu gün (25 iyul) bəyanat yayaraq Qəlqəliyyə şəhərində apardığı anti-sionist əməliyyatı barədə deyib: Bu əməliyyat qəsbkar rejimin Qəzzə soyqırımı müqabilində sadə bir cavab və radikal nazir Ben Qvirin Qüdsə olan münasibəti üçün canlı  mesajdır.

Xatırladaq ki, bu gün İordan çayının qərb sahilində yerləşən Qəlqəliyyə şəhərinin şərqindəki Uzun qəsəbəsi Həmasın hədəfinə çevrilib.

Sionist rejim mediaları bu xəbəri təsdiqləyərək 3 sionist hərbçisinin yaralandığı və əməliyyat amillərinin sağ-salamat məkanı tərk etdiklərindən xəbər verib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib