Həmas: Netanyahu şəxsi mənafeyi uğrunda müharibə edir

Həmasın Livan nümayəndəsi düşmənin müqavimətlə müzakirələrdə imtiyazlar qazanmaq cəhdini vurğulayaraq deyib: Həmas təklif irəli sürdü. Amma girov mübadiləsi Qəzzədə müharibənin tm dayandırılması barədə beynəlxalq təzminatlara əsasən olması gərəkdir.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Əhməd Əbdül Hadi deyib: Həmas girov mübadiləsi və müzakirələrin baş tutması üçün yeni təklif irəli sürüb. Əlbəttə bunun əsas şərti müharibənin tamamilə dayandırılması barədə beynəlxalq təzminat verilməsi lazımdır.

Əl Məyadin telekanalına müsahibə verən Əhməd Əbdül Hadi həmçinin deyib: Həmasın yeni təklifinin 3 əsas prinsip əsasında olması şərtləndirilib. Əlbəttə girov mübadiləsi məsələsində azca kompromisləri nəzərə almaqla biz yalnız və yalnız beynəlxalq təzminat verilmədiyi surətdə müzakirələrə qoşulmayacağıq. Düşmən bütün müzakirələrdə hiyləgər və cığallıq etsə də, hələ ki, “top” işğalçı sionistlərlə Vaşinqtonun meydanındadır.

Həmas rəsmisi həmçinin deyib: Netanyahu şəxsi mənafeyi istiqamətində müharibəni genişləndirmək istəyir. Çünki müharibənin dayandırılması onun mühakiməsi və həbsi ilə nəticələnəcək.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir