Həmas: Netanyahu bizim təslim olmamızı istəyir

Həmas: Netanyahu bizim təslim olmamızı istəyir

Həmasın yüksək rütbəli üzvü Fələstin xalqının əzabını yüngülləşdirmək üçün istənilən təklifi alqışladıqlarını, amma Netanyahunun Həmasın təslim olmasını istədiyini vurğulayıb.

Qafqaztimüsin xarici medialara istinadən verdiyi məlumata əsasən, Sami Əbu Zuhri bu gün (15 aprel) Əl Cəzirə telekanalı ilə müsahibəsində deyib: Müqavimətin tərksilah edilməsi tələbi müzakirə olunmur və həyata keçirilməyəcək. Müqavimət silahlarının olması işğalın mövcudluğundandır və bu silah milləti və onun hüquqlarını müdafiə etmək üçündür.

Əbu Zuhri əlavə edib: İsrailin baş naziri atəşkəsin yaradılması ilə bağlı hər hansı razılaşmanı məğlub etmək üçün qeyri-mümkün şərtlər qoyub. İşğalçı rejim yeni təklifində müharibənin dayandırılması üçün heç bir təminat verməyib və yalnız əsirlərin azad edilməsini tələb edir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur