Həmas siyasi bürisunun üzvü müqavimət liderlərinin qırmızı xətiinin Qəzzə olduğunu və bu zolağı heç vaxt tərk etməyəcəklərini deyib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Basim Nəim bu gün ( 15 mart) deyib: Müqavimət liderlərinin Qəzzədən çıxması məsələsi müzakirə mövzusu ola bilməz. Müstəqil Fələstin dövləti təşkil olunmadan, Fələstində işğalçılıq bitmədən müqavimət silahını yerə qoymayacaq.
Basim Nəim əlavə edib: İşğalçılarla birbaşa müzakirə məsələsində müqavimətin mövqeyi şəffafdır. Benyamin Netanyahunun məqsədi atəşkəs üçün anlaşmaq deyil. Əslində onun əsas məqsədi sionist əsirləri azad etməkdir. Biz ABŞ elçisi Stiv Vitkoffun təklifini cavablandırdıq. Amma hələ bu cavaba heç bir reaksiya verilməyib.