Həmas: Müqavimət Fələstin qalib gələnə və işğalçılar məhv edilənə qədər davam edəcək

Həmas: Müqavimət Fələstin qalib gələnə və işğalçılar məhv edilənə qədər davam edəcək

Həmas Fitr bayramı münasibətilə verdiyi bəyanatda Allahdan Fələstin xalqının itaət, mübarizə, mətanət və fədakarlığını qəbul etməsini və onlara güc, sabitlik və torpaqlarının azad olunmasını diləyib.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Həmas bu gün (30 mart) yayımladığı bəyanatda deyib: Bu il Fitr bayramı Qəzza zolağı, İordan çayının qərb sahili və işğal olunmuş Qüdsdəki Fələstin xalqının sionistlərin vəhşicəsinə təcavüzünə məruz qaldığı, mühasirə, aclıq, qırğın və dağıntılar içərisində olduğu bir vaxta təsadüf edir. Bu elə bir vəziyyətdədir ki, biz biabırçı beynəlxalq susqunluğun və işğalçıların cinayətlərinə Amerikanın mütləq dəstəyinin şahidiyik. Biz həmçinin ərəb-İslam xalqını sevimli Qəzzə zolağında Fələstin xalqına dəstək səylərini gücləndirməyə, xalq zəfər və qələbə çalana qədər məsuliyyətli olmağa çağırırıq.

Bəyanatın sonunda deyilir: Fitr bayramında xalqımıza verdiyimiz sözümüzü yeniləyir, qələbə, qurtuluş və paytaxtı Qüds olan müstəqil Fələstin dövlətinin qurulmasına qədər bağladığımız əhdə əməl edəcəyimizi bir daha xatırladırıq.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur