Fələstin İslami Müqavimət Hərəkarı Nablosun cənubundakı Urif qəsəbəsində sionistlərin məscidə hücumu və qurani Kərimə ehtiramsızlığını məzhəb müharibəsi olduğunu deyib.
İRNA-nın məlumatına əsasən, Həmas sözçüsü Hasim Qasim bəyanatla çıxış edərək deyib: sionist qəsəbə sakinlərinin işğalçı ordunun himayəsi ilə həyata keçirdiyi bu vəhşi hərəkəti bütün Fələstin xalqının və eləcə də İslam ümmətinin dəyərlərini əzmək deməkdir.
Həmas rəsmisi bu kimi rəftarların müqaviməti daha da alovlandıracağını vurğulayaraq qeyd edib:
Fələstin İslami Cihad Hərəkatı da bu hərəkətin fələstinliləri daha da hiddətləndirəcəyini qeyd edərək deyib: Bu təhlükəli və cinayətkar addım gərginlik məqsədilə düşmənin İslam inanclarına qarşı dini müharibəyə başlamaq istəyini göstərir.
Qeyd edək ki, sionist qəsəbə sakinlərinin İslami müqəddəslərə qarşı olduqca təhlükəli və amansız hərəkətlərə yol verərək, Nablus şəhərinin Orif kəndindəki məscidlərdən birində Qurani-Kərim nüsxələrini yandırıblar.
Xatırladaq ki, Qurani-Kərimi təhqir edən sionist qəsəbə sakinləri Qərb Sahilində çox radikal üzvlərdən ibarət Fətitəl-Tilal kimi tanınan qrupa bağlıdırlar.