Həmas Moskvadakı terraktı qınadı

Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS bəynat yayaraq Moskvada onlarla insanın həlak olması və yaralanmasına səbəb olan terror hücumunu pisləyib.

İRNA-nın məlumatına əsasən, bu gün 23 mart Həmasın yaydığı bəyanatda deyilir: Moskvada “Krokus siti holl” konsert kompleksinə edilmiş dəhşətli hücumu qətiyyətlə pisləyirik. Günahsız qurbanların ailələrinə, eləcə də Rusiya Federasiyası xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Bütün yaralılara şəfa diləyirik.

Qeyd edək ki, dünən gecə (22 mart) “Krokus Siti Holl”da terror aktında rəsmi məlumatlara görə, 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Qeyri-rəsmi mənbələr isə ölənlərin sayının 130-u keçdiyini iddia edir. İŞİD Moskvada baş verən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib