Həmas Məscidül Əqsanın yandırılmasının ildönümü münasibətilə bəyanat yaydı

Həmas Məscidül Əqsanın yandırılmasının ildönümü münasibətilə bəyanat yaydı

Həmas Məscidül Əqsanın yandırılmasının ildönümü münasibətilə bəyanat yaydı

Həmas Hərəkatı Məscidül Əqsanın yandırılmasının 55-ci ildönümü münasibətilə bəyanat yayıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Həmasın bu günkü (21 avqust) bəyanatında deyilir: Məscidül Əqsanın yandırılmasının 55-ci ildönümündə Qəzzə zolağında və İordan çayı qərb sahililndəki şəhid xalqımızın ruhuna salam göndərir, iftixarla bu əziz xalqın əfsanəvi müqavimətini alqışlayırıq.

Qeyd edək ki, Qüdsün şərq hissəsinin işğalından iki il sonra, yəni 1969-cu ilin Avqust ayının 21-də müsəlmanların ilk qibləsi sayılan Əqsa məscidi avstraliyalı yəhudi Denis Maykl Ruhan tərəfindən od vurularaq yandırılıb.   Bu hadisədən 55 il keçməsinə baxmayaraq o yanğının od-alovu hələ də müsəlman ümmətinin, xüsusilə də fələstinlilərin ürəklərində ləkə olaraq qalıb.   

Müsəlmanların ilk qibləsi sayılan Əqsa məscidinin 1969-cu ildə od vurularaq yandırılması əslində İslam ümmətinin qüdrətini və böyüklüyünü sual altına almaq üçün işlənmiş bir cinayət idi.   Tarixi sənədlərə görə, yanğının təsiri böyük olduğundan həmin gün Əqsa məscidinin şərq hissəsindəki mədrəsə də yanıb. Orada olan bütün tarixi əşyalar və Quran nüsxələri külə döndü. Məscidin binası ağır zərbə aldığından təmiri uzun illər vaxt apardı.  

Bildirək ki, həmin tarixdə Əl-Əqsa məscidininin radikal sionistlər tərəfindən yandırılması dünyada əks səda salıb və məhz bu hadisədən sonra islam ölkələri “İslam Konfransı Təşkilatı”nın yaradılması zəminində ittifaq yaradıb və bu təşkilat 1971-ci ildə ərsəyə gəlib.

Related posts

“Allahın izni olmayınca heç kəsə ölüm yoxdur” – video

Sionist media: Qəzzə müharibəsi İsrail hərbçilərinin qəbristanlığına çevrilib

Sionist media: Qəzzə müharibəsi İsrail hərbçilərinin qəbristanlığına çevrilib

Sionistlər Omandakı İran-ABŞ müzakirələrindən qorxur

Sionistlər Omandakı İran-ABŞ müzakirələrindən qorxur