Həmas Məscidül Əqsaya gedən yeraltı tunelin açılmasına etiraz etdi

Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) bəyanat yayaraq sionist rejimin Məcsidül Əqsaya gedən yeraltı tunelin açılmasına etiraz edərək, bu layihələrin işğalçılara heç bir xeyri olmadığını elan edib.

Əl Aləm telekanalının məlumatına əsasən, Həmasın bəyanatında sionistlərin Qüds və Məscidül Əqsanı yəhudiləşdirmə planının əbəs olduğu vurğulanaraq deyilir: Fələstin xalqı və inqilab gəncləri sionist düşmənin çirkin siyasətlərinin həyata keçməsinə icazə verməyəcək və onlara qarşı lazımi tədbirlər görəcəklər.

Bəyanatda həmçinin deyilir: Sionist rejim yalanları və tarixi saxtakarlıqları ilə məqsədlərinə çatmayacaq, Məscidül Əqsada qanuni mövcudluğa nail olmayacaqlar.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur