Həmas: Məcburi şərtlərə boyun əyməyəcəyik

Həmasın ali rütbəli rəsmisi atəşkəs müzakirələrində maneələr yaradan sionist rejim barədə deyib: İşğalçıların təhdidi müqavimət üçün heç bir məna daşımır. Biz şərtlərimizdən geri çəkilməyəcəyik. İsrail girovlarını istəyirsə, bədəlini ödəməlidir.

Təsnim İnformasiya Agentlliyinin məlumatına əsasən, Həmas siyasi bürosunun üzvü Xəlil Əl Həyyə bu gün (20 fevral) deyib: Girov mübadiləsi üçün bizim şərtimiz Qəzzə müharbəsinin dayandırılması, humanitar yardımların çatdırılması və həbsdə olan fələstinlilərin azad edilməsidir.

Xəlil Əl Həyyə daha sonra deyib: Sionist rejimm Qəzzənin bəzi bölgələrindən geri çəkilməyi və köçkün fələstinlilərin öz yurdlarına qayıtmasını qəbul etmir. Əslində bu, işğalçıların təcavüzə son qoyma qəsdinin olmadığını göstərir. Həmçinin saxtakar rejim bu günə kimi Qəzzəyə kifayət qədər humanitar yardımların çatdırılması, xəstəxana, çörək zavodlarının işləməməsi, hətta didərginlər üçün sığınacaq yaradılmasına da heç bir zəmanət vermir.

Həmas rəsmisi belə bir sualla söhbətinə davam edib: İşğalçı rejim bu şərtlərin heç birini qəbul etmirsə, biz nə barədə razılığa gələ bilərik? İşğalçılar isə Həmasın tələblərinin ağır olduğunu iddia etməklə həqiqəti təhrif etməyə çalışırlar.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir