Həmas liderləri Qətərdə ABŞ-ın atəşkəs təklifini müzakirə edir

Həmas liderləri Qətərdə ABŞ-ın atəşkəs təklifini müzakirə edir

Diplomatik qaynaqlar Qətərin xarici işlər naziri və baş nazirinin Dohada Həmas rəsmiləri ilə görüşdə Amerikanın Qəzzədə atəşkəs təklifi barədə müzakirələrindən xəbər veriblər.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, dünən (1 iyun) Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd Əl-Sani Dohada Həmas hərəkatının liderləri ilə görüşüb ABŞ-ın Qəzzədə atəşkəs və əsir mübadiləsi təklifini araşdırıblar.

Məlumata görə, bu görüşdə qalan fikir ayrılıqlarının həlli və yekun razılığın əldə olunmasına yönəlmiş “bu həftənin sonunda dolayı danışıqların yeni mərhələsinin başlaması” da müzakirə edilib.

Qeyd edəki ki, Həmas hərəkatı dünən axşam bəyanat yayaraq, Qətər və Misirin müharibəni bitirmək üçün rolunu və davamlı səylərini alqışlayaraq, dərhal dolayı danışıqlara başlamağa hazır olduğunu açıqlayıb.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib