Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

Həmasın yüksək rütbəli rəsmisi müzakirə vasitəçilərə heç bir vəchlə şifahi razılaşmaya uyğun olmadığımızı, bütün razılaşmaları yalnız və yalnız yazılı surətdə qəbul edəcəyimizi elan etmişik.

İSNA-nın məlumatına əsasən, Həmas rəsmisi bu gün (18 dekabr) deyib: Hal-hazırda İsrail Fələstinin yüksək rütbəli əsirləri və liderlərinin həbsdən azad edilməsi ilə müxalifət edir. İsrail siyasi fələstinli məhbusların xaricə köçürülməsi və onlara ən ağır cəzalar verilməsinə çalışır.

Digər bir məlumata görə Həmasın xəstə və yaşlı girovların azad edilməsi barədə razılığa gəldiyi iddia edilir. Deyilənlərə görə,  Həmas Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində tibbi yardıma ehtiyacı olan israilli girovları, eləcə də anklavda saxlanılan yaşlıları və qadın hərbçiləri azad etməyə razılıq verib.

Bu məlumata görə, yaxın bir neçə saat Qəzza ilə bağlı danışıqlarda həlledici ola bilər.

Həmçinin iddialara görə Həmas atəşkəs razılaşmasının birinci mərhələsində anklavda hərbi əməliyyatların tam dayandırılması tələbindən imtina edib. Lakin hərəkat təkid edir ki, Qəzzanın şimal rayonlarının sakinləri İsrail hərbçiləri tərəfindən əlavə yoxlama olmadan öz evlərinə qayıtmaq imkanına malik olmalıdırlar.

Related posts

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir

Sionist məmurlar: İsraillilər hələ şimal bölgələrinin təhlükəli olduğunu sanır