Həmas: İsrailin fələstinliləri Qəzzədən köçürülməsi barədə vədləri sırf bir xülyadır

Fələstin İslami Müqavimət Hərəkatı sionist rejimin bütün fələstinlilərin Qəzzədən köçürülməsi barədə israillilərə verdiyi sözlərin sadəcə bir xülya olduğunu deyib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, dünən (1 yanvar) Həmas bir bəyana yayaraq elan edib:  İşğalçı rejim nazirlər kabinetinin bütün fələstinlilərin Qəzzədən köçürülməsi barədə vədləri və terrorçu təhlükəsizlik naziri İtamar Ben Qvirin Qəzzəni sionist qəsəbəciklərinə çevircəyi barədə sözləri heç vaxt həyata keçməyəcək fantastik təsəvvürdən başqa bir şey deyil.

Təhlükəsizlik naziri Ben Qvir israillilərə Qəzzəni fələstinlilərdən tamamilə boşaldacağı və onları digər ölkələrə miqrasiyaya sövq edəcəyi barədə söz vermişdi.

Maliyyə naziri Bezazel Smotriç və dünən ( 1 yanvar) bütün fələstinlilərin Qəzzədən çıxarıb sionistlərin orada yerləşdirilməsi barədə planlardan danışmışdı.

Yadiut Aharanut qəzetinin məlumatına görə Smotriç də fələstinliləri digər ölkələrdə məskunlaşmaları barədə ciddi tədbirlər görüb onları miqrasiya etməyə rəğbətləndirməyin zəruri olduğunu deyib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur