Həmas-İsrail razılaşması barədə yeni detallar

ABŞ mediaları Misir və Qətərin iştirakı ilə “Paris danışıqları” zamanı əsirlərin dəyişdirilməsi ilə bağlı işğalçı rejim ilə Həmas hərəkatı arasında əldə edilən razılaşmanın yeni çərçivəsini açıqladığı barədə məlumat yayıb.
Əl Aləm telekanalının məlumatına əsasən, Axios portalı agah mənbələrə istinadən yazır: Yeni razılığa əsasən, Həmas 6 həftəlik atəşkəs və 40 sionist girov azadlığı qarşılığında yüzlərlə fələstinlinin buraxılmasını istəyir.
Məlumata görə Co Bayden dövlətinin bəzi rəsmiləri də Ramazan ayından öncə bu razılaşmanın həyata keçəcəyini deyirlər. Rəsmilər Paris danışıqlarında irəliləyiş olduğunu və yaxın günlərdə sazişin baş tutacağına əmin olduqlarını da deyirlər. Çünki ötən cümə günündəki müzakirələrdən sonra razılıq üçün hələ çox yolların olduğu da aşkara çıxıb.
Axiosun verdiyi xəbərə görə Həmas bəzi tələblərini dəyişib və mövqeyindən geri çəkilməsi barədə heç bir söz deməyib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib