Həmas, İslami Cihad və İran rəsmiləri bir arada

Həmas, İslami Cihad və İran İslam Respublikası rəsmiləri Beyrutda bir araya gəldilər.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, İran XİN başçısı Hüseyn Əmir Abdullahian bu gün (1 sentyabr) Beyrutda Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Əl Nəxalə və Fələstin İslami Müqavimət Hərəktının (Həmas) baş katibi Saleh Əl Aruri ilə görüşüb.

Bu üçtərəfli görüşdə İran XİN-i Fələstin xalqının işğalçı sionist rejimə qarşı azadlıq mübarizəsi prosesində Həmas və İslami Cihadın rolunu vurğulayaraq bütün müqavimət qrupları arasında eyni düşmən əleyhinə vahid bir palatanın yaradılmasının zəruri olduğunu deyib.

Əmir Abdullahian və Seyid Həsən Nəsrullah regiondakı son hadisələri, İran və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin bərpasına dair son razılaşmanı və bunun region ölkələrinə təsirini, Livandakı son hadisələri və Fələstində mövcud vəziyyəti müzakirə ediblər.

Səfər çərçivəsində “Hizbullah”ın lideri ilə görüşdən sonra Abdullahian Livan-İsrail sərhədinə gedib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib