Həmas: İşğalçıları qərb sahilindən qovmaq gücümüz var

Son zamanlar Tel Əviv rejiminin diqqət mərkəzində olan Həmas siyasi bürosunun müavini region ölkələrindəki stabillik və beynəlxalq təhlükəsizliyin müqavimətlə də əlaqəsi olduğunu vurğulayaraq sionist işğalçıları qərb sahilindən qovmaq potensialından söz açıb.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Saleh Əl Aruvi dünən axşam (6 sentyabr) saxtakar sionnist rejimin təhlükəsizlik və siyasi baxımdan zəiflədiyinə işarə edərək deyib: Fələstin müqavimət qupları mübarizə meydanında həmişəkindən daha çox aktivdir və anti-sionist əməliyyatlarla düşmənləri Qərb sahilindən qovmağa qadirdirlər.

Əl Aruvi daha sonra deyib: Cinayətkar rejim kabinetinin “qətllə qarşısını al” siyasətinin nəticə verəcəyini təsəvvür etməsi belə xülyadır. Ən azından 202-ci il viran olmuş Cenin düşərgəsindəki cinayətlərindən ibrət alsınlar. Çünki o viran olmuş Ceninin yeni nəsil müavimət övladları ilə rəşadətlə onlarla vuruşur.

Həmas rəsmisi həmçinin əlavə edib: Bu gün qərb sahili xalqı düşmənlə mübarizənin ön cəbhəsindədir. Bu cəbhənin lüğət kitabında geri çəkilmə sözü olmasa da geri çəkindirmə lüğəti var. Fələstinlilər qətiyyətlə  qəsəbəsalma layihəsinin həyata keçməsinə mane olacaq, daxili və xarici planlaşdırmalarla öz məqsədlərinə yetişəcəklər.

Related posts

“Allahın izni olmayınca heç kəsə ölüm yoxdur” – video

Sionist analitik: Həması məğlub etmək qüdrətimiz yoxdur

Sionist analitik: Həması məğlub etmək qüdrətimiz yoxdur

Likud Partiyası: Qəzzə müharibəsi genişlənməlidir

Likud Partiyası: Qəzzə müharibəsi genişlənməlidir