Həmas işğalçı rejimin Qəzzə müharibəsi üçün afrikalı qaçqınlardan istifadəsinə reaksiya verib

Həmas işğalçı rejimin Qəzzə müharibəsi üçün afrikalı qaçqınlardan istifadəsinə reaksiya verib

Həmas Hərəkatı bəyanat yayaraq İsrail rejiminin Qəzzə müharibəsində döyüşmək üçün afrikalı qaçqınlardan istifadə barədə ibridilli medialarda yayımlanan xəbərlərə reaksiya verib.

Əl Aləm telekanalının məlumatına əsasən, Həmasın dünən gecə (15 sentyabr) yayımladığı bəynatda deyilir:  Bu, sionist rejimin alçaq etikası və ən primitiv insan hüquqlarını pozmasının nişanəsi, eləcə də müqavimət və şərəfli Fələstin xalqının işğalçılara qələbəsinin göstəricisidir.

Bəyanatda həmçinin beynəlxaq ictimaiyyət və orqanlardan Qəzzə soyqırımı qarşısında susmamalarını, bu cinayətləri pisləmələrini və müharibə qanunlarına riayət tələbi etmələri istənilib.

Qeyd edək ki, sionist medialarının yazdığına görə ötən bir neçə ay ərzində işğalçı sionist rejim qüvvə azlığı səbəbinə Qəzzə müharibəsini davam etdirmək üçün xarici muzdurlardan istifadə etmək qərarına gəlib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur