HƏMAS ictimai səfərbərlik elan etdi

QafqazTimes xəbər verir ki, sionist rejimə “bayraq yürüşü” keçirməsi ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq, bu rejim yürüşün elan olunmuş tarixdə, yəni sabah (bazar günü) keçirəcəyini bildirib.

“Səma” xəbər agentliyinin verdiyi məlumata görə, Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) Qüds, İordan çayının qərb sahili və 1948-ci ildə işğal olunmuş ərazilərdəki bütün fələstinlilər üçün ümumi səfərbərlik elan edib.

Həmas fələstinliləri Qüds, Məscidül-Əqsa və digər müqəddəs məkanların müdafiəsi üçün Məscidül-Əqsaya cəm olmağa çağırıb.

Fələstin hərəkatı daha sonra bütün müsəlman ümmətini və ərəb ictimaiyyətini sionistlərin yəhudiləşdirmə siyasətini məğlub etmək üçün hərəkətə keçməyə çağırıb.

İbrani təqvimində “bayraq yürüşü” və ya “bayraq rəqsi” Şərqi Qüdsün sionist rejim tərəfindən işğalının ildönümünə təsadüf edir. Rejim 1967-ci il iyunun 7-də Şərqi Qüdsü işğal etmiş və onu “Yerusəlim günü” (Qüds günü) adlandırmışdır. Lakin İbrani təqviminə görə bu il bu gün 29 maya təsadüf edir.

Related posts

Franklin: Yəhudilər…

Yəhudilər…

Yəmən: Amerikanın “Abraham” təyyarədaşıyan gəmisini vurduq