Həmas Haaqa Məhkəməsinə: Amerikanın təlqin və təzyiqlərinə təslim olmayın!

Cənubi Afrikanın şikayəti əsasında bu gün Haaqa Məhkəməsində İsrail rejiminin Qəzzə cinayətləri məsələsi araşdırılacaq. Elə bu səbəbdən də Fələstin Həmas Hərəkatı Haaqa məhkəməsində Amerikanın təzyiq və təlqinlərinə təslim olmaması barədə xəbərdarlıq edib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Fələstin İslami Müqavimət Hərəkatı Cənubi Afrikanın şikayəti əsasında təşkil olunacaq bu dosyenin gedişatında Amerikanın təzyiqlərinin olacağına əminliyindən Haaqa Məhkəməsinə bunu xatırlatmağı özünə vəzifə bilir.

Xatırladaq ki, yanvarın 11-12 tarixlərində Hollandiyanın Haaqa şəhərində Beynəlxalq Ədalət Məhkəməsində Cənubi Afrika Respublikasının (CAR) İsrailə qarşı qaldırdığı “Soyqırım işi”nin ilk iclası keçiriləcək.   Müraciətdə deyilir: “İsrailin hərəkətləri konkret soyqırım niyyəti ilə törədilən soyqırım hadisələridir. Bu hərəkətlər “Qəzzada fələstinliləri məhv etmək” məqsədi daşıyır”.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur