Həmas: Girov mübadiləsinin dərhal icrasına hazırıq

Həmas: Girov mübadiləsinin dərhal icrasına hazırıq

Həmas: Girov mübadiləsinin dərhal icrasına hazırıq

Həmas siyasi bürosunun üzvü Amerikanın Qəzzə müharibəsində hiyləgər planlarını tənqid edərək, bütün bu hadisələrə rəğmən girov mübadiləsinin dərhal icrasına hazır olduqlarını elan edib.

Əl Aləm telekanalının məlumatına əsasən, Üsamə Həmdan dünən gecə (10 sentyabr) deyib: ABŞ-ın Qəzzə konfliktində mövqeyi açıq-aşkar sionist rejim tərəfdarı olduğunu sübut edir və fələstinlilərin soyqırımına kömək etmək məqsədini güdür.

Əl Cəzirə telekanalına müsahibə verən Üsamə Həmdan qeyd edib: İsrail Qəzzə qətliam cinayətini əsaslandırmağa çalışır. Çünki bu cinayətdə məhkum olacağına əmindir. Biz isə ərəb ölkələrinin bu xüsusda kəskin mövqe göstərmələrini gözləyirik.

Fəslətin xalqının müqavimət və möhkəm iradəsinin bir vəzifə olduğunu vurğulayan Həmas siyasi bürosunun üzvü əlavə edib: ABŞ dövlətinin Qəzzə müharibəsindəki mövqeyi sırf yalan üzərində qurulub. Dövlət katibi Antoni Blinken ağ yalanlarla ictimai rəyi doğru yoldan sapındırmağa yönəlib.

Related posts

369 fələstinli əsir azad olacaq

369 fələstinli əsir azad olacaq

Həmas atəşkəs razılaşmasının iflası ilə bağlı xəbərdarlıq edib

Həmas atəşkəs razılaşmasının iflası ilə bağlı xəbərdarlıq edib

Oyuncağını İsrailin dağıtdığı evinin xarabalıqları arasında tapan qızın sevinci – video