Həmas Fars Körfəzi Əməkdaşlıq Şurası və Avropa başçılarının iclasına reaksiya verdi

Həmas Fars Körfəzi Əməkdaşlıq Şurası və Avropa başçılarının iclasına reaksiya verdi

Həmas bəyanat yayaraq Avropa-Körfəz ölkələrinin Qəzzəyə keçidlərin açılma məsələsi ilə bağlı iclasına istinad edərək atəşkəs və soyqırımına son verilməsini istəyib.

İRNA-nın məlumatına əsasən, Həmasın bu gün (17 oktyabr) yayımladığı bəyanatda deyilir: Başda sionist rejimə hələ də silah verənlər olmaqla Avropa ölkələri Qəzzədə qadın, uşaq və qocaların qətliamında şərik olmamaları barədə ciddi qərar verməlidirlər. Biz hətta ABŞ prezidentinin Qəzzə planından əvvəl də BMT Təhlükəsizlik Şurasının 2735 saylı qətnaməsi qarşısında müsbət mövqemizi elan etmişdik. Amma sionist rejimin baş naziri Benyamin Netanyahu ABŞ-ın dəstəyi ilə hələ də cinayətlərini davam etdirir.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir