Həmas: Fələstin xalqı müqavimətdə israrlıdır

Həmas: Fələstin xalqı müqavimətdə israrlıdır

Həmasın İordan çayı qərb sahilindəki lideri Fələstin xalqının sionist rejim əleyhinə müqavimətdə israrlı olduğunu vurğulayıb.

İRNA-nın məlumatına əsasən,Zahir Cabbarin dünən gecə (27 avqust) deyib: Fələstin xalqı dəfələrlə sionist rejimin təhdidlərindən qorxmadığını sübut edib. İndiki həssas mərhələdə vəhdət və birlik yaratmaq zəruridir.

Zahir Cabbarin sonra qeyd edib: Sionist düşmənin bütün cinayətlərinə rəğmən xalqımız təslim olmayacaq və müqavimətə davam edəcək. Hal-hazırda cərəyan edən hadisələr isə sionist düşmən liderlərinin hiylələrindən qaynaqlanır.

Z.Cabbarin sonra vurğulayıb: Məscidül Əqsa və Qüdsdə baş verən çəkişmələrə gəldikdə isə radikal təhlükəsizlik naziri İtamar Ben Qvirə demək lazımdır ki, elə onun özü bir gün bizim müqəddəslərimizə xor baxanların taleyini yaşayacaq.

Həmas rəsmisi həmçinin Fəth Hərəkatı və onun təhlükəsizlik xidmətlərini fələstinlilərin müdafiəsinə dəvət edərək deyib: Bu çətin şəraitdə bütün fələstinlilər birlik yaratmalıdır.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir