Həmas Beyt Ləhm və Qüdsdə yəhudi qəsəbələrinin salınmasını pislədi

Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) sionist rejimin Beyt Ləhm və işğal olunmuş Qüdsdə min evli qəsəbələr salmasına reaksiya verib.

Əl Aləm telekanalının məlumatına əsasən, Həmasın mətbuat katibi Hazim Qasim sionistlərin yeni yəhudi qəsəbələri salmasını cinayətkarlığın davamı adlandırıb.

H.Qasim deyib: Biz Fələstin Özünüidarə Təşkilatından fələstinlilərin hüquqlarının aşkar formada pozulduğu və sionistlər tərəfindən anti-humanist rəftarlarla üzləşdiyi üçün bu işğalçı rejimlə puç danışıqlara son qoymasını tələb edirik.

Həmas sözçüsü həmçinin BMT və digər beynəlxalq təşkilatlardan Fələstinin azad olması zəminində öhdəliklərinə sadiq qalmalarını tələb edib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur