Həmas: Atəşkəs üçün bütün təkliflərə müsbət cavab verdik

Həmas: Atəşkəs üçün bütün təkliflərə müsbət cavab verdik

Həmas liderlərindən biri TŞ-nin Qəzzədə atəşkəs barədə son qətnamə layihəsinə müsbət cavablar verilməsindən xəbər verib.

İRNA-nın məlumatına əsasən, Üsamə Həmdan bu gün (11 iyun) Həmasın daim atəşkəs və girov mübadiləsi tərəfadrı olduğunu vurğulayaraq deyib: TŞ qətnamə layihəsinin qüsurlarına rəğmən Həmas Qəzzədə daimi atəşkəs və sionist rejimin Qəzzə zolağından geri çəkilməsini vurğulayır. Sionist işğalçı rejimin də razılığını gözləyən bu qətnamə layihəsində olan bəzi məqamları qəbul etməsək də ümumilikdə cavabımız müsbətdir.

Üsamə Həmdan həmçinin atəşkəs məsələsində ABŞ dövlət katibi Antoni Blinkenin böyük bir maneə olduğunu qeyd edərək deyib ki, Amerika İsrailin mənafeyinə uyğun rəftar etdiyi üçün atəşkəs probelmi hələ həll olunmayıb.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib