Həmas: Atəşkəs təklifinə Qüds də daxil olmalıdır

Qafqaztimes xəbər verir ki, cümə günü sionist rejimi televiziyasının 12-ci kanalı Fələstin İslami Müqavimət Hərəkatının (Həmas) irəli sürülən atəşkəs təklifinə qoyduğu şərtlərindən xəbər verib.

Qüds TV Kanal 12-yə istinadən, İsrailin Misirin nəzarəti altında Rusiyanın atəşkəs təklifini rədd etdiyini bildirib.

Məlumata görə, HƏMAS atəşkəs təklifinə Qüds məsələsinin də daxil edilməsini zəruri bildiyinə görə, bu səbəbdən Təl-Əviv bu təklifi rədd edib.

Həmasın siyasi bürosu rəhbərinin müavini Saleh əl-Aruri dünən axşam Əl-Ərəbiyə verdiyi açıqlamada Həmasın üç saatlıq atəşkəs və gərginliyi azaltmaq üçün bir fürsət təklifi aldığını söyləyib.

Əl-Aruri bu barədə deyib: “Biz üç və ya altı saatlıq atəşkəsin əleyhinəyik … Həmas müharibə istəmir. Vasitəçilik məsələsinə gəldikdə  münasibətimiz budur ki, İsrail Fələstin xalqına hücumlarına son verdiyini elan etsin.”

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır