Həmas: Atəşkəs rejimi üçün əməkdaşlığa hazırıq

Həmas: Atəşkəs rejimi üçün əməkdaşlığa hazırıq

Həmas liderlərindən biri Təhlükəsizlik Şurasının Qəzzə müharibəsi ilə əlaqədar qətnamə layihəsinə reaksiya olaraq atəşkəs rejimi üçün əməkdaşlığa hazır olduqlarını elan edib.

İRNA-nın məlumatına əsasən, Mahmud Mərdavi deyib: TŞ-də bu qətnamə layihəsininin təsdiqlənməsini müsbət qarşılayır və atəşkəs rejimi üçün hər hansı bir əməkdaşlığa hazır olduğumuzu bildirirk.

Əl Ərəbi telekanalına müsahibə verən Mahmud Mərdavi deyib: Vasitəçilər işğalçı rejimdən atəşkəs barədə rəsmi öhdəlik aldıqları təqdirdə biz müzakirəyə qoşulacağıq.

Başda Amerika olmaqla digər ölkələr də bu atəşkəs barədə öhdəlik götürmələrini vurğulayan Mərdavi bir daha Həmasın  müzakirəyə hazır olduğunu xatırladıb.

Xatırladaq ki, dünən (10 iyun) BMT Təhlükəsizlik Şurası ABŞ-ın İsrail və Fələstinin HƏMAS hərəkatı arasında atəşkəsə dair qətnamə layihəsinin lehinə səs verib. Təhlükəsizlik Şurasının 15 üzvündən 14-ü bu sənədin lehinə səs verib.

ABŞ-ın təklif etdiyi qətnamə layihəsi yeddi bənddən ibarətdir, bunlardan birincisi HƏMAS-ı razılaşmanı qəbul etməyə və həmçinin bütün tərəfləri heç bir şərt və ya gecikmə olmadan onun müddəalarını tam şəkildə yerinə yetirməyə çağırışdır.

Bundan əlavə, sənəddə vurğulanır ki, atəşkəs üzrə məsləhətləşmələr altı həftədən çox uzanarsa, o zaman atəşkəs danışıqlar davam etdiyi müddətdə qüvvədə qalacaq. Qətnamədə, həmçinin BMT-yə üzv olan bütün ölkələr sazişin həyata keçirilməsini dəstəkləməyə çağırılır, İsrail və Fələstin arasındakı münaqişənin iki dövlətin dinc yanaşı yaşaması əsasında həllinə sadiqliyi bir daha təsdiqlənir.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir