Həmas: Atəşkəs razılığına hazırıq!

Həmas: Atəşkəs razılığına hazırıq!

Həmasın yüksək rütbəli rəsmisi əsas şərtlərinin qəbul edildiyi təqdirdə Qəzzə müharibəsi üçün atəşkəs razılaşmasına hazır olduqlarını elan edib.

İRNA-nın məlumatına əsasən Basim Nəim bu gün (6 dekabr)  deyib: Biz 14 ay müharibədən sonra hələ də davam edən Qəzzə müharibəsində atəşkəs razılaşmasının baş tutacağına ümid edirik.

Basim Nəim əlavə edib: Prezident seçkiləri zamanı Qəzzə müharibəsini sonlandırmaq iddiası edən Donald Trampın başçılığı ilə Amerikanın yeni dövlətinin bu məsələyə təsir qoyacağına ümid edirik.

Həmas rəsmisi həmçinin vurğulayıb: Həmas ötən müzakirələrdə daimi atəşkəs, israilli hərbçülərin Qəzzə zolağından tam çıxması və fələstinli didərginlərin öz yurdlarına qayıtmas da daxil olmaqla əsas tələbləri irəli sürdü və biz bu tələblərdən geri çəkilməyəcəyik.

Related posts

Qəzza müharibəsinin 467-ci günü. Atəşkəs razılaşmasının elanı ilə eyni vaxtda İsrail rejiminin hücumları davam edir

Həmas: Tramp İsrailə təzyiq göstərməlidir

Netanyahu Trampın andiçmə mərasimində iştirak etməyəcək