Həmas: Atəşkəs olmadan sionist əsirlər azad olmayacaq

Həmas: Atəşkəs olmadan sionist əsirlər azad olmayacaq

Həmas liderlərindən biri sionit rejim və ABŞ-ın atəşkəs olmadan israilli əsirləri azad olunmayacaqlarını bilmələrinin gərək olduğunu deyib.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Mahmud Mərdavi bu gün (3 iyun) deyib: İşğalçı sionist öz daxili problemlərini həll etmək üçün atəşkəs ardıncadır və müqavimət də ABŞ-ın vasitəçiliyini qəbul edib. İsrail rejiminin Qəzzədə Fələstin xalqına qarşı aclıq siyasəti yürütməsi insan hüquqları iddiaçısı üçün böyük bir rüsvayçılıqdır.

Mahmud Mərdavi sionist işğalçıların atəşkəsin ilk günündə razılaşmanın qalan bəndlərinin icrası üçün lazımi təminat vermədən 10 məhbusu azad etməyə çalışdığını vurğulayaraq deyib: İsrail rejimi vasitəçi tərəflərin razılaşdığı humanitar protokolun minimum hissələrinin belə həyata keçirilməsinə razı deyil. Biz amerikalı vasitəçi ilə əldə etdiyimiz razılaşmanı həyata keçirməyə çalışırıq və kifayət qədər təzminat olmadan bu razılaşma kağız parçası olaraq qalacaq.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur