Həmas ərəb dünyasının İsraillə sazişli münasibətləri kəsməsini istəyir

Həmas ərəb dünyasının İsraillə sazişli münasibətləri kəsməsini istəyir

Həmas liderlərindən biri ərəb ölkələrinin sionist rejimlə diplomatik əlaqələrinin normallaşmasına etiraz edərək onlarla əlaqələrini kəsmələrini istəyib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Sami Əbu Zəhri dünən (29 oktyabr) deyib: Qəzzə zolağının şimalında soyqırımları davam etdiyi bir halda ərəb və islam ümməti rəhbərlərindən sionist rejimlə əlaqələrini normallaşdırma qərarına yenidən baxmalarını istəyirik. Çünki İsrail rejimi 3 həftədir ki, Qəzzənin şimalında xəstəxanalarla bərabər məktəbləri blokadaya alır, bütün humanitar yardımların didərginlərə çatdırılmasına mane olduğu bir halda diplomatik əlaqələrin normallaşması məsələsi islam ümmətinə xəyanət hesab olunur.

Əbu Zəhri əlavə edib: İşğalçı rejim son günlərdə 600 fələstinlini həbs edib və onların taleyindən heç bir xəbər yoxdur.

Dünyanın hər bir yerində olan müqavimət dəstələri, Yəmən, İraq və Livan müqavimətinə salamlarını göndərən Zəhri vurğulayıb: İsraillə diplomatik əlaqələrini normallaşdıran ölkələrdən dərhal bu qərardan çəkinmələri lazımdır.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir