Həkimi silahla təhdid etdi: “Beynimdə çip var, Amerika məni dinləyir, çıxar” (Video izlə)

Türkiyənin Elazığ vilayətində xəstə həkimi silahla təhdid edib.

Hadisə özəl xəstəxanaların birində baş verib. Beynindən şikayətlərinin olduğunu deyən xəstə həkimdən MRT olunmasını tələb edib. Əvvəllər də eyni şikayətdən MRT çəkildiyini bildirən həkim xəstəyə sağlam olduğunu deyib. Bu zaman xəstə silah çıxarıb. “Beynimdə çip var, Amerika məni dinləyir. Onu tap və çıxar”, – deyə hədələyib.

“Məni hədələdi ki, güllələri beyninə boşaldacağam. Silahı çıxaranda onun üstünə cumdum. 15 dəqiqə mübarizə apardıq. Silah hər an açıla bilərdi. Birimiz ölə bilərdik”, – deyə həkim keçirdiyi qorxulu anlardan danışıb.

Xəstə polis qrupları tərəfindən nəzarətə alınıb. Daha sonra gətirildiyi məhkəmə tərəfindən həbs edilib.

Related posts

General Səlami: Yəmən xalqı Fələstini bacarıqla müdafiə edir/ Yəmənlilər qalib gələcək

İsrail xəstəxananı və həkimləri yandırdı – ətraflı

Suriyada son hadisələr: Kürdlərlə (QSD) Culaninin rəhbərlik etidiyi silahlı qüvvələrin atışmasında iki nəfər öldürüldü – ətraflı