Həkim cərrahi əməliyyat zamanı yuxuya getdi

Böyük Britaniyada 61 yaşlı anestezioloq Tomas Herbst cərrahi əməliyyat zamanı pasiyentə narkoz verdikdən dərhal sonra yuxuya gedib. Həkim o qədər möhkəm yatıb ki, həmkarları onu böyük çətinliklə oyada biliblər.

Britaniya tribunalı anestezioloqun tibbi etikanı ciddi şəkildə pozduğu qənaətinə gəlib və onu bu əməlinə görə işdən uzaqlaşdırıb. 

Herbst özünü müdafiə edərkən bir gün əvvəl vergi bəyannaməsini doldurmaq üçün gecə yarıya qədər hesabat apardığını desə də, bunun ona heç bir köməyi olmayıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi