Nurməhəmmədov Azərbaycan haqqında: “Elə yedizdirəcəklər ki…” (Video izlə)

Rusiyalı tanınmış MMA döyüşçüsü Həbib Nurməhəmmədov və onun komandası “Fitroo” brendilə əməkdaşlığa həsr olunmuş mətbuat konfransı keçirib.

Məşhur döyüşçü tədbir zamanı Azərbaycan və azərbaycanlı həmkarları barədə də danışıb.

Nurməhəmmədov həmyerlimiz Nəriman Abbasovun potensialını yüksək qiymətləndirib və onun UFC çempionatında rahatlıqla mübarizə apara biləcəyini söyləyib. “Azərbaycanda boks, güləş, cüdo kimi idman növləri yaxşı inkişaf edib. Amma nədənsə MMA döyüşçüləri bir qədər azdır”,- deyə Həbib təəccüblənib.

Məğlubedilməz döyüşçü Azərbaycandan təklif alacağı təqdirdə böyük məmnuniyyətlə ölkəmizdə birgə layihələr həyata keçirəcəyini bildirib.

“Bakıda bir neçə dəfə olmuşam. Tarixi və sürətlə inkişaf edən bir şəhərdir. Mətbəxi xüsusilə qeyd etmək istərdim. Fəaliyyətdə olan idmançı orada çox qalmamalıdır. Elə yedizdirəcəklər ki, dərhal 3-4 kq artıq çəki alacaqsan. Çox yaxşı insanlardır. Bizim qonşularımızdır. Ömür boyu birlikdə yaşamışıq”, – deyə Nurməhəmmədov vurğulayıb.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır