Gürcüstan Dini Məsələlər üzrə Dövlət Agentliyi şiələri təbrik etdi

Gürcüstan Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaqmadze İmam Əlinin (ə) mövludu münasibəti ilə şiələri təbrik edib.

Bu gün bütün dünyada müsəlmanlar, xüsusilə şiələr dördüncü xəlifənin (miladi 601-661-ci illərdə yaşamış), ilk imam Həzrət Əli ibn Əbu-Talibin, mövludunu qeyd edirlər.

Mötəbər İslam mənbələrinə əsasən, Əli ibn Əbu-Talib İslamı qəbul edən ilk şəxsdir. O İslam dünyasında siyasi və dini baxımdan böyük önəm kəsb edir.

İmam Əlinin (ə) mövludu münasibəti ilə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi şiələri təbrik edib, onlara sülh və əmin-amanlıq arzulayıb.

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri