Gün ərzində 22 anti-sionist əməliyyatı

İnformasiya qaynaqları ötən gün ərzində Fələstin müqavimət qruplarının 22 anti-sionist əməliyyatı keçirdiklərindən xəbər verirlər.

Əl-Aləm telekanalının məlumatına əsasən, fələstinlilər İordan çayının qərb sahilləri və işğal olunmuş Qüdsdə sionistlərlə qarşıdurmada güllə və molotov kokteyli ilə müdafiəyə qalxıblar.

Verilən məlumatda Selfit, Qilqiliyyə, Cenin, beyt Ləhm, Əl Xəlil, Ramullah, Nablus və Tulkərəmdə baş verən qarşıdurmada şəhid və yaralı sayı açıqlanmayıb.

Son zamanlar işğal olunmuş Fələstində vəziyyət həddən artıq gərgindir. Sionist hərbçilər amansızlıqla fələstinlilərə qarşı cinayətlərini daha da şiddətləndirir, onlar da əllərindən gələn müdafiəni edirlər. Amma bununla belə fələstinlilərin anti-dron əməliyyatları və bir sıra hərbi texnika imkanları qəsbkar rejimi daha da qəzəbləndirib.

Related posts

Sionist rejim: Robio İsrailin sevimli dostudur

Qallant: Girovların azad edilməməsini Tel Əviv üçün rüsvayçılıqdır

Sionist rəsmisi: Katz Netanyahunun marionetidir