Günəşdə nəhəng ləkə peyda oldu – FOTO

Günəşdə nəhəng ləkə peyda olub. Bu barədə alimlər xəbərdarlıq ediblər.

Bildirilib ki, “AR3664” adlandırılan günəş ləkəsi hazırda o qədər böyüyüb ki, Yerdən 15 dəfə genişdir.

Məlumatda qeyd olunub ki, artıq neçə müddətdir müşahidə olunan geomaqnit qasırğası bu gün Avropa və Afrikada qısa dalğalı radio rabitəsində fasilələrə səbəb olub. Ancaq nəticələr daha ciddi ola bilər.

Qeyd edək ki, sabah da güclü geomaqnit qasırğası gözlənilir. Alimlərin sözlərinə görə, mayın 11-də GPS və hətta elektron əməliyyatlar (o cümlədən kart ödənişləri) ilə bağlı fasilələr ola bilər.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi