Günəş işığından istifadə edərək plastik materialı qiymətli xammala çevirdilər

Adelaida Universitetinin avstraliyalı alimləri plastik qabları və digər polietilen məmulatlarını təkrar emal edərək kimya sənayesi üçün qiymətli xammala çevirmək üsulunu işləyib hazırlayıblar.

Reaksiya otaq temperaturunda baş verir.

“Biz polietilen plastik tullantılarını atom metal katalizatorlarından istifadə etməklə yüksək seçiciliklə etilen və propion turşusuna çevirdik”, – deyə layihə rəhbəri professor Şiçjan Syao bildirib.

O, qeyd edib ki, polietileni qiymətli məhsullara çevirmək üçün günəş işığından istifadə olunub. Katalizator kimi isə palladium atomları olan qeyri-toksik titan dioksidi işə yarayıb.

Parçalanma nəticəsində yaranan maddənin demək olar ki, 99%-i plastik, dərman, herbisidlər, aromatik maddələr, həlledicilər və s. istehsalında istifadə olunan propion turşusu olub.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi