Görüblər ki, körpə skamyanın üzərində uzanıb – İki yaşlı uşağın ölümünün TƏFƏRRÜATI – VİDEO

Bakıda iki yaşlı uşağın altıncı mərtəbədən yıxılaraq ölməsinin bəzi detalları məlum olub.

Qonşuların sözlərinə görə, azyaşlı pəncərənin qoruyucu toruna toxunub və torun çıxması nəticəsində aşağı – skamyanın üzərinə düşüb.

Dərhal atası körpəyə süni nəfəs versə də, heç bir faydası olmayıb.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Səbail rayonu, Akademik Əhəd Yaqubov küçəsində qeydə alınıb.

2022-ci il təvəllüdlü Hamza İmanov yaşadıqları evin altıncı mərtəbəsindən yıxılıb. Körpə aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir