“Google” xəritəsi ilə Atlantik okeanında sirli obyekt aşkarlanıb – FOTO

“Google” xəritəsi ilə Atlantik okeanında sirli obyekt aşkarlanıb. Görüntünü “Reddit”in “u/ExuberantBadger” ləqəbli istifadəçisi paylaşıb.

Yayımlanan şəkildə batmış təyyarə görünür. Skrinşotun başlığında müəllif tərəfindən qeyd olunan koordinatlardan belə nəticə çıxır ki, obyekt Baham adalarının tərkibinə daxil olan Kruked-Aylend adası yaxınlığında tapılıb.

İstifadəçinin paylaşımı qızğın müzakirələrə səbəb olub. Şərhçilərdən biri bunun qəzaya uğrayan təyyarə ola biləcəyini ehtimal edib. Başqa bir istifadəçi bunun əsl təyyarə olduğuna şübhə edib. Başqa bir şərhçi bunun texniki səhv ola biləcəyini bildirib: onun fikrincə, “Google” okean şəklinə təsadüfən uçan təyyarə ilə bağlı kadrı yerləşdirib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi